Avropa İttifaqı yeni həll yolları tapmalıdır – Sabiq Rumıniya prezidenti

Xəbər - Humay Ağacanova – Trend:

Artıq dövlətlər Avropa İttifaqından çıxıb öz inkişaflarını sərbəst davam etdirə bilər. İttifaq
Orta Şərq və Avropaya olan miqrasya axınlarını, fərqli əqidəli, eləcə də dini inanclara sahib olan əhalinin necə idarə olunmasının həll yollarını axtarıb tapmalıdır. Bu, uzun vaxt tələb edəcək.

AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qlobal Səhnədə Avropa İttifaqının Gələcəyi” mövzusunda paneldə çıxış edən sabiq Rumıniya prezidenti Emil Konstantinesku deyib.

O, həmçinin qeyd edib ki, pandemiya Aİ-də dərin parçalanmanı üzə çıxardı: “Gələcəkdə yeni modellərin qurulması gündəmdə olan məsələlərdir. Avropa İttifaqına yeni nəfəs lazımdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: