Avropa İttifaqı və Azərbaycan arasında hərtərəfli yeni saziş bu il imzalana bilər – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı və Azərbaycan arasında hərtərəfli yeni sazişin imzalanması bu il mümkün ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, razılaşmada açıq qalan məsələlərlə bağlı danışıqlar aparılır, bu məsələlər üzrə təkliflər var və hazırda mütəxəsislər təklifləri dəyərləndirir.

“Hesab edirəm ki, bu il yeni sazişin imzalanması mümkün ola bilər”, – deyə nazir bildirib.

Teqlər: