Avropa İttifaqı Ukraynaya silah tədarükünün maliyyə hissəsinə dair razılığa gəlib

Avropa İttifaqı Şurası Aİ-yə üzv 27 ölkənin xarici işlər
nazirləri səviyyəsində Ukraynanı öldürücü silahlarla təmin etmək
qərarının maliyyə hissəsini razılaşdırıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti,
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi
Jozep Borrell Aİ Şurasının videokonfrans formatında üzv dövlətlərin
xarici işlər nazirləri səviyyəsində iclasından sonra deyib.

Onun sözlərinə görə, Ukraynaya 450 milyon avro dəyərində dəstək
paketi, yanacaq və qoruyucu vasitələrin tədarükü üçün daha 50
milyon ayrılacaq.


Aİ-nin ali nümayəndəsi bildirib ki, bütün bunlar Avropa Sülh
Fondu və Hökumətlərarası Fond tərəfindən qarşılanacaq.

Teqlər: