Avropa İttifaqı ukraynalıların müdafiə statusunu uzatdı

Avropa İttifaqı ukraynalıların müdafiə statusunu uzatdı

Komissiya Avropa İttifaqı Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif edib. Bu status ukraynalılara sosial rifah, mənzil və dolanışıq yardımı kimi imkanlar verir.

AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Məlumata görə, Avropa İttifaqı ilk dəfə 2001-ci ildə Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra qaçan insanların sayının sürətlə artması ilə əlaqədar Avropa İttifaqının Müvəqqəti Müdafiə Direktivini aktivləşdirib. Bu çərçivədə ukraynalılar yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, AB ölkələrində işləyə bilərlər. Avropa İttifaqı daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.

Qeyd edək ki, Komissiyanın təklifi Aİ Şurası tərəfindən təsdiqlənib.

Teqlər: