Avropa İttifaqı Rusiya ilə müharibə aparmır – Jozep Borrell

Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə aparmır, amma mövcud
vəziyyətdə Ukraynanı dəstəkləyir.

Trend-in
məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Sanksiyalar zəruridir, amma bunlar özü-özlüyündə siyasət deyil,
mövcud şəraitə reaksiyadır. Biz mövcud problemin həllini tapmalıyıq
və bu həll diplomatiya ilə bağlı olmalıdır. Biz Rusiya ilə müharibə
aparmırıq, amma indi hücuma məruz qalanların tərəfindəyik.
Sanksiyalar ölkənin iqtisadiyyatına zərbə vurmaq üçün tətbiq
olunur. Amma bu, bizə də əks reaksiya göstərir, ona görə biz də
bədəl ödəməyə hazır olmalıyıq”, – deyə o bildirib.