Avropa İttifaqı ölkələrində “AstraZeneca” şirkətinin peyvəndinin istifadəsinə icazə verilib

Avropa Dərman Agentliyi Avropa İttifaqı ərazisində “AstraZeneca” şirkəti və Oksford Universiteti tərəfindən istehsal olunmuş koronavirusa qarşı peyvəndinin istifadəsinə razılıq verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Agentliyin press-relizində bildirilib.

Sənəddə qeyd edilib: “İnsan üçün Dərman vəsatiləri üzrə Komitəsi 18 yaşdan yuxarı şəxslər arasında istifadəsi üçün “AstraZeneca” peyvəndi üçün müvəqqəti qeydiyyat sertifikatını verilməsini tövsiyə etdi”.


Agentlikdə qeyd ediblət ki, müvəqqəti qeydiyyat sertifikatı verilməsi tövsiyəsi peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyinin qiymətləndirilməsinə əsasən qəbul edilib