Avropa İttifaqı ölkələri təcili videokonfrans keçirir

Avropa İttifaqı ölkələri təcili videokonfrans keçirir

Polşa və Litvanın təşəbbüsü ilə Avropa İttifaqının 27 ölkəsinin dövlət və hökumət başçıları Belarusdakı vəziyyətlə bağlı videokonfrans formatında təcili zirvə görüşü keçirir.

Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin nümayəndəsi Barend Leyts açıqlama verib.
“Aİ liderlərinin Belarusdakı vəziyyətlə bağlı videokonfransı başladı”, – deyə o, öz “Twitter” hesabında yazıb.

Danışıqlar bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, Lukaşenkonun yenidən seçkilərin keçirilməsindən imtina etməsi, Avropa İttifaqı ölkələrinin Belarusa qarşı hər hansı sanksiyanın tətbiq edilməsini gözlənilən edir.