Avropa İttifaqı NATO-nun iqtisadi şöbəsinə çevrilib – Rusiya XİN

Avropa İttifaqı NATO-nun iqtisadi şöbəsinə çevrilib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Telegram” kanalında
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova
yazıb.

“Bu da sizin üçün “iqtisadi təşkilat”. Bu artıq Avropa İttifaqı
deyil. Bu sadəcə NATO-nun iqtisadi münasibətlər şöbəsidir”, – deyə
M.Zaxarova Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin
Ukraynadakı münaqişənin hərbi yolla həlli ilə bağlı sözlərini şərh
edərkən bildirib.

Xatırladaq ki, daha əvvəl J.Borrel Kiyevə səfəri zamanı Avropa
İttifaqı tarixində ilk dəfə olaraq münaqişənin diplomatik yolla
deyil, hərbi yolla həllini istəyib.