Avropa İttifaqı (Aİ) ilə yeni sazişin yaxın zamanda tamamlanması
gözlənilir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa
Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat
konfransında deyib.
Nazir bildirib ki, Z.Rau ilə bugünkü görüş zamanı beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq geniş müzakirə predmeti
olub.
“Aİ ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir.
Polşa qurumun üzvü olaraq Aİ-Azərbaycan əməkdaşlığına töhfə verir”,
– deyə nazir əlavə edib.