Avropa İttifaqı Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son hadisələrlə bağlı narahatlığını ifadə edib

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son hadisələrdən dərin narahatlığını ifadə edib.

Trend xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar şəxsi tviter hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Ermənistan-Azərbaycan dövlət sərhədində dərin narahatlıq doğuran hadisələr davam edir. Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır”.

Teqlər: