Avropa ittifaqı Ermənistanın və Azərbaycanın Gürcüstanın köməyi ilə həbsdə olan 15 erməni əsirinin Azərbaycan tərəfindən geri qaytarılmasını və Ağdam rayonunun mina xəritələrinin Ermənistan tərəfindən verilməsi addımlarını alqışlayır.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin açıqlamasında bildirilib.
Onun sözlərinə görə, bunlar Bakı və Yerevan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. J.Borrel bildirib ki, Aİ ümid edir ki, bu da tərəflər arasında gələcək əməkdaşlığa və daha çox mülki insanlar arasında itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin mövcud xəritələrinin yekun verilməsinə yol açacaqdır:
“Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha da əməkdaşlıq etməyə çağırırıq”.
Ai-nin yüksək nümayəndəsi bildirib ki, Avropa İttifaqı mümkün olduğu təqdirdə sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.