Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal
iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə
üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin
diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz
regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi
Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq
norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və
təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan
əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına
böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa
İttifaqıdır.
AzerTimes-ın məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Avropa İttifaqının Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri, Avropa
İttifaqı-Azərbaycan əməkdaşlığı” mövzusunda aparılan müzakirələr
zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hərbi
ekspert Ruslan İmanquliyev, siyasi şərhçi Elşən Məcidov, tarixçi
Namiq Həsənov və siyasi şərhçi Turan Rzayev mövzu ətrafında
müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: