İran və Avropa ölkələri ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqları tezliklə bərpa edəcəklər.
AzerTimes xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
“Hazırda Avropa ölkələri səviyyəsində danışıqların bərpasına maraq var, yəqin ki, biz tezliklə başlayacağıq”, – Arakçı bildirib.