672,5 milyard avro həcmində daha əvvəl təsdiqlənmiş Avropa İqtisadiyyatının Bərpası Fondu (RRF) 1 iyun tarixindən etibarən işə başlayacaq.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının saytında dərc edilən press-relizdə deyilir.
Press-relizdə bildirlir: “Şura öz vəsaitləri ilə bağlı qərarın təsdiqlənməsi barədə bütün 27 üzv ölkədən rəsmi bildiriş alıb. Bu səbəbdən qərar iyunun 1-dən qüvvəyə minir. “Növbəti nəsil Aİ” sabah işinə başlayacaq. Avropa iqtisadiyyatının və sosial sahənin bərpası üçün Avropa İttifaqı artıq lazımi vəsaiti ala bilər”.
Sənəddə təsdiqlənir ki, təsdiqlənmə prosesinin başa çatması Avropa İttifaqına 2021-ci ilin iyun ayından kapital bazarlarından borc almağa imkan verir. Beləliklə, iyunun 1-dən Aİ iqtisadiyyatını dəstəkləmək üçün nəzərdə tutulan struktur fəaliyyətə başlayacaq.