AB iqtisadiyyatı ikinci rübdə 0,7 faiz artıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin ikinci rübü üçün AB və Avrozonada artım və məşğulluq göstəriciləri ilə bağlı məlumatlar yenilənib. Müvafiq olaraq, 19 üzvlü Avrozonada Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,7 faiz artıb.