Avropa İnvestisiya Bankı Azərbaycan qazının Serbiyaya nəqli üzrə layihəni maliyyələşdirəcək

Xəbər - Ləman Zeynalova – Trend:

Avropa İnvestisiya Bankı (EIB) Serbiyaya Azərbaycan qazını əldə etməyə imkan verəcək Niş-Dimitrovqrad qaz kəmərinin (Serbiya-Bolqarıstan interkonnektoru) tikintisini maliyyələşdirəcək.

AzerTimes bu barədə Banka istinadən məlumat verir.

Qeyd olunur ki, boru kəmərinin tikintisinə bu il başlamaq planlaşdırılır. Serbiyanı digər tədarükçülərdən təbii qazla təmin edəcək bu boru kəməri 2023-cü ildə istifadəyə veriləcək.

EIB Serbiya ilə Bolqarıstan arasındakı 171 kilometr uzunluğunda qaz kəmərinin maliyyələşdirilməsini həyata keçirəcək. Bunun üçün Bank 25 milyon avro məbləğində kredit ayıracaq.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı bu layihə üçün 49,5 milyon avro məbləğində qrant ayırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: