Avropa İttifaqının (Aİ) bütün qurumları və üzv ölkələri hesab
edir ki, Avropa enerji təchizatı məsələlərində daha müstəqil
olmalıdır.
Trend xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Avropa
Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında
deyib.
“Biz Aİ olaraq enerji məsələlərində daha müstəqil olmalıyıq. Bu,
bütün qurumların və üzv dövlətlərin ümumi mövqeyidir”, – kansler
vurğulayıb.
O.Şolts əlavə edib ki, Almaniyanın Rusiyadan neft və qaz
idxalına qoyulan embarqo ilə bağlı mövqeyi dəyişməyib.