Avropa yeni “dəmir pərdə” ilə yenidən iki yerə bölünüb.
AzerTimes xəbər verir ki, bu fikri Finlandiya prezidentliyinə namizəd, politoloq Aleksandr Stubb deyib.
“Biz Avropanın müəyyən şəkildə bölünməsindən başlamalıyıq. Bir tərəfdə Rusiya və Belarus, digər tərəfdə isə 45-ə yaxın Avropa ölkəsi var”, – deyə Stubb bildirib.
Stubbın fikrincə, nə indi, nə də gələcəkdə Rusiyaya investisiya qoymağa dəyır.
O xatırladıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqi səbəbindən bir çox fin şirkəti Rusiyadakı bizneslərini sadəcə olaraq silmək məcburiyyətində qalıblar.