Avropa liderləri ABŞ-ın Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul etməsini yüksək qiymətləndiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Eyni zamanda, bəziləri xəbərdarlıq ediblər ki, Kiyevin yaxın aylarda Rusiyanın qəddar hücumunu gözləyir və Avropadan əlavə dəstəyə ehtiyac var”, – nəşr bildirib.
Qeyd olunub ki, aprelin 22-də AB-nin 27 xarici işlər nazirlərinin Kiyevə qarşıdakı hərbi yardımı planlaşdırmaq üçün Lüksemburqda görüşü baş tutacaq. Ukraynanın xarici işlər və müdafiə nazirlərinin müzakirəyə virtual olaraq qoşulacağı planlaşdırılır.