Avropa çempionu olan millimiz Vətənə döndü

Avropa çempionu olan millimiz Vətənə döndü

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib.

Novi Sadda keçirilən yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş millimiz yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Teqlər: