Avropa çempionatları tarixində ən erkən qol vuruldu

Avropa çempionatları tarixində ən erkən qol vuruldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.

AzerTimes xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununda matçın 23-cü saniyəsində fərqlənib.

Hazırda hesab 2:1 italiyalıların xeyrinədir.

Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, Avro-2004-də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.

Teqlər: