Mini-futbol üzrə milli komandamız Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AzerTimes xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.
Finala gedən yolda millimizin rəqibi Qazaxıstan seçməsi olacaq.