Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun “B” qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.
AzerTimes xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.
Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.
Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.