Avropa mövcud qaydalarla müasir silah müharibəsində qalib gələ bilməz.
AzerTimes xəbər verir ki, bunu fransalı admiral, NATO Birləşmiş Silahlı Qüvvələrinin transformasiya üzrə komandanı Pyer Vande “Politiko”ya açıqlamasında deyib.
“Avropa bu gün özünə tətbiq etdiyi qaydalara əməl etməklə gələcək silah müharibəsində qalib gələ bilməz. AB silahlanma yarışını davam etdirmək istəyirsə, qaydalarını dəyişməlidir. Ümid edirəm ki, 2025-ci ildə Haaqada keçiriləcək NATO sammiti AB-yə bu siqnalı verəcək. Bunun üçün daha çox ödəməli olacağıq. Texnologiyadan istifadə edərək müharibənin daha ucuz və daha az ağrılı olacağına inananlar özlərini aldadırlar”, – admiral bildirib.