Xəbər - Elçin Mehdiyev – Trend:
İndi görün hansı səviyyəyə çatmışıq ki, 2022-ci ilin dövlət büdcə layihəsində kənd təsərrüfatına 1 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zaman parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, Azərbaycan Avropaya nümunə olmalıdır. Ölkədə tikinti, quruculuq işləri gedir, islahatlar aparılır.
“Avropa bizdən öyrənməlidir, görün nə qədər xəstəxana, məktəb tikilir”, – deyə E.İbrahimov bildirib.
O qeyd edib ki, büdcədən parlamentin İntizam Komissiyası üçün də xərclərin nəzərdə tutulması lazımdır.