Türkiyə birliyə qoşulma ehtimalı ilə bağlı Avropa Birliyindən heç nə gözləmir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizi 60 ildir intizarda saxlayan Avropa Birliyindən heç bir gözləntimiz yoxdur. Onlar Türkiyəyə qarşı ədalətsiz münasibətlərindən əl çəksələr, o zaman səhvlərini düzəldəcəklər. Əks halda onlar bizdən nə isə gözləmək hüququnu itirəcəklər”, – Ərdoğan bildirib.