Avropa Birliyi yeni reallıqları qəbul etməlidir – Səfir

Avropa Birliyi yeni reallıqları qəbul etməlidir – Səfir

Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Tvitter hesabında yazıb.

Haaqada AB-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair konfransda iştirakından məmnun olduğunu deyən səfir vurğulayıb ki, Avropa Birliyi regionumuzda yeni reallıqları qəbul etməlidir, qeyri-müəyyənlik dövrü arxada qalıb.

Səfir qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək.

Teqlər: