Aİ ölkələri Ukraynaya daha əvvəl çatdırılaçağı açıqlanan döyüş
təyyarələrini göndərməyəcək.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə
Politico nəşri yazır.
Belə ki, Polşa Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini
bildirib. Polşa ilə yanaşı, Bolqarıstan və Slovakiya hökumətləri də
Ukraynaya hərbi təyyarə göndərməyəcəyini bildiriblər.
Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, onun
ölkəsində istismara yararlı təyyarələr və ehtiyat hissələri yoxdur,
həmçinin Ukraynaya təyyarələrin verilməsindən əlavə, ölkənin hava
məkanını qorumaq üçün belə kifayət qədər qırıcı yoxdur. Slovakiya
Müdafiə Nazirliyinin sözçüsü də məlumatı təkzib edib: “Slovakiya
Ukraynaya döyüş təyyarələri göndərməyəcək”.
Eyni fikri Polşa prezidenti Andjey Duda səsləndirib. Polşadakı
Lask aviabazasında NATO-nun baş katibi Yens Stoltenberqlə birgə
çıxış edən A.Duda ölkəsinin “Ukraynaya heç bir təyyarə göndərmək
niyyətində olmadığını” deyib və bunun “hərbi müdaxiləyə səbəb
olacağını” iddia edib.
Daha əvvəl bildirilirdi ki, Avropa İttifaqının ayrı-ayrı
ölkələri Ukraynaya qırıcı göndərəcək. Söhbət ukraynalı pilotların artıq artıq
idarə edə bildiyi MiQ-29 tipli reaktiv təyyarələrdən gedirdi.