Müasir Avropa Birliyi Budapeştə təzyiqi ilə SSRİ-nin pis parodiyasıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.
“Bəli, tarixin təkrarlanması da olur. Birinci dəfə faciə oldu, xoşbəxtlikdən ikincisi isə ən yaxşı halda komediyadır. Moskva faciə idi, Brüssel isə zəif müasir parodiyadır. Moskvanın tütəkdə ifa etdiyinə uyğun rəqs etməli idik. Əgər Brüssel tütəkdə ifa edirsə, biz istədiyimiz kimi rəqs edirik, istəmiriksə, rəqs etmirik”, – deyə Orban 1956-cı il olaylarının (Macar inqilabı –red.) ildönümündə çıxışında bildirib.