Avropa Birliyi Azərbaycana başsağlığı verdi

Avropa Birliyi Azərbaycana başsağlığı verdi

Avropa Birliyi sülhdolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır.

AzerTimes xəbər verir ki, bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Tviter səhifəsində yazıb.

O, Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiyini bildirib.

“Bu gün Avropa Birliyinin səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – o vurğulayıb.

Teqlər: