Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 552 dollar həddini keçib.
AzerTimes-ın məlumatına görə, bu rəqəm Avropada qaz satışının ən yüksək həddi hesab olunub.
Niderland birjasında təbii qazın sentyabr fyuçersləri 552,12 dollara alınıb-satılır. Son sutka ərzində təbii qaz 3 faiz bahalaşıb.
Qeyd edək ki, Avropada təbii qaz qiymətləri avqustun 5-də Rusiyanın “Qazprom” zavodunda baş vermiş qəzadan sonra bahalaşmağa başlayıb.