Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın dekabr fyuçersləri 1 225,6 dollar ətrafında alınıb-satılır. Bu, oktyabrın 18-dən sonra qeydə alınan ən yüksək qiymət olub.

Bu gün təbii qaz Avropa birjalarında ötən günlə müqayisədə 9 faizə yaxın bahalaşıb.

Xatırladaq ki, Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.