Xəbər - Ləman Zeynalova – Trend:
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün iki kredit tranşı ayırıb.
Bu barədə AzerTimes-a ICGB AD layihə şirkətindən bildiriblər.
Qeyd olunub ki, EIB tərəfindən uzunmüddətli kredit maliyyələşməsi qismində 109,9 milyon avro Bolqarıstan Enerji Holdinqə təqdim olunacaq.
“Bu maliyyələşmə dövlət zəmanəti ilə təmin olunur. Kredit sazişi 2019-cu il oktyabrın 10-da imzalanıb. 2021-ci il aprelin 30-dək bu kredit üzrə ümumilikdə 60 milyon avro məbləğində iki tranş alınıb. Bu kreditlər 25 və 5 illik güzəşt müddəti ilə sabit faiz dərəcəsinə malikdir. Bütün sosial və ekoloji tələblər uğurla yerinə yetirilib, eləcə də birinci və ikinci ekoloji auditlər uğurla başa çatıb”.
(Tərcümə: Orxan Nəbiyev)