2 aprel tarixində AAM-nin Marketing və Qəbul Şöbələri, yuxarı
sinif şagirdləri Gənclik Mall ticarət Mərkəzində təşviqat
kampaniyası həyata keçirdi. AAM-nin əməkdaşları kampaniya ilə
maraqlanan şəxslərə məktəb, təhsil-tədris və qəbul prosesi, eləcə
də insanlar üçün maraqlı olan digər mövzularda ətraflı məlumat
verdilər. Kampaniya insanların böyük marağına səbəb oldu və məktəb
haqqında kifayət qədər dolğun məlumat əldə etdilər.
Məktəbin direktoru Françesko Bankini və şagirdlərin birgə
ifasında səslənən müxtəlif nəğmələr insanlar tərəfindən böyük maraq
və həvəslə dinlənildi, onlara xoş təsir bağışladı.
AAM komandası təşviqat prosesini uğurla tamamladı.