Avropa ABŞ-sız da Ukraynaya yardım edəcək – General

Avropa ABŞ-sız da Ukraynaya yardım edəcək – General

ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandırsa belə, Avropa ölkələri Kiyevə lazımi yardımı davam etdirə biləcəklər.

AzerTimes xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin silah tədarükünün kuratoru, general-mayor Kristian Froydinq deyib.

Onun sözlərinə görə, NATO-nun Avropa üzvləri və Kanadanın hərbi yardımları ABŞ-ın Kiyevə verdiyi 20 milyard dollar hərbi yardımı artıq ötüb:

“Əgər siyasi iradə olarsa, ABŞ-ın dəstəyini böyük ölçüdə kompensasiya etmək üçün resurslar olacaq”.

Teqlər: