Avropanın NATO üzvləri ABŞ-ın alyansdan çıxması ssenarisinə hazırlaşmalıdırlar.
AzerTimes xəbər verir ki, bunu NATO ölkələrinin bir sıra diplomatları “Teleqraf” qəzetinə bildiriblər.
“Paytaxtlar (Avropa ölkələrinin – red.) Donald Trampın təhdidləri fonunda plan qurmalı və öz hərbi imkanlarını yenidən nəzərdən keçirməlidirlər”, – qəzet yazıb.
Avropalı diplomatlardan biri qəzetə bildirib ki, Donald Trampın ABŞ-ın NATO-ya üzvlüyü ilə bağlı açıqlamaları ciddi narahatlıq doğurur:
“Heç kim bundan sonra nə olacağını bilmir”.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl açıq şəkildə bildirmişdi ki, noyabrda ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlsə, alyansın gələcəyini müzakirə etmək üçün 2025-ci ilin iyununda NATO sammitini çağıra bilər.