Avropa ABŞ-dan təbii qazın alışını kəskin artırdı

Avropa ABŞ-dan təbii qazın alışını kəskin artırdı

Avropa ölkələri 2022-ci ildə ABŞ-dan mayeləşdirilmiş təbii qazın alışını 2,5 dəfə artırıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “Vıqon Konsaltinq” şirkətinin məsləhətçisi İvan Timonin deyib.

“İlin sonunda Avropaya ən böyük LNG tədarükçüsü geniş fərqlə ABŞ oldu. Bu rəqəm təxminən 2.5 dəfə artaraq 21,4 milyon tondan (29 milyard kubmetr) 53 milyon tona (72 milyard kubmetr) çatıb”, – Timonin bildirib.

Onun sözlərinə görə, Avropa ötən il ümumilikdə mayeləşdirilmiş təbii qazın alışını 60 faiz artırıb.

Teqlər: