Avromaydandan keçən 10 il ərzində Ukrayna deqradasiyaya uğradı və faktiki olaraq dağıldı.
AzerTimes xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Ukrayna Nazirlər Kabinetinin keçmiş rəhbəri Nikolay Azarov deyib.
“İnsanların həyat səviyyəsindən danışsaq, onu 2013-cü illə müqayisə etmək belə olmaz, çünki ərzaq qiymətləri əhəmiyyətli dərəcədə – 5 dəfədən 30 dəfəyə və daha çox artıb. İyirmi milyondan çox insan ölkəni ümumiliyyətlə tərk edib. Ukraynanın sənaye potensialının əhəmiyyətli hissəsini təşkil edən Donbas və Krım ayrıldı”, – Azarov qeyd edib.