“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
AzerTimes xəbər verir ki, siyahıda 25 futbolçunun adı yer alıb.
Oyunçulardan üçü qapıçı, onu müdafiəçi, onu yarımmüdafiəçi, üçü isə hücumçudur.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo
Hücumçular: 99. Redon Cica, 18. Juninyo, 90. Nəriman Axundzadə
Qeyd edək ki, “Qarabağ” “Olimpiya”ya qarşı ilk matçını avqustun 24-də səfərdə, cavab görüşünü isə avqustun 31-də evdə keçirəcək.