Avrokomissiya Ukraynanın Aİ-yə üzvlük müraciətinə ən qısa zamanda rəy verəcəyini vəd edib

Avropa Komissiyası Ukraynanın Aİ üzvlüyünə namizəd statusunu
almağa hazır olması ilə bağlı rəsmi rəyi ən qısa zamanda
hazırlayacağını vəd edir.

AzerTimes-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu
genişlənmə və qonşuluq üzrə Avropa komissarı Oliver Varqey
deyib.

“Aİ Ukraynaya və onun xalqına yardım göstərməklə dəstəyini davam
etdirir. Və biz Ukraynanın üzvlük ərizəsi əsasında rəyin verilməsi
üzərində işləməyə başlamışıq. Bacardığımız qədər tez işləyəcəyik”,
– Varqey bildirib.