Avrokomissiya Ukrayna ilə bağlı bu qərarı pislədi

Avrokomissiya Ukrayna ilə bağlı bu qərarı pislədi

Avropa Komissiyası Polşa və Macarıstanın Ukraynadan taxıl və məhsulların idxalına qadağa qoyulması ilə bağlı birtərəfli qərarlarını pisləyib.

AzerTimes xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidməti məlumat yayıb.

“Ticarət siyasəti AB-nin müstəsna səlahiyyətindədir və buna görə də birtərəfli hərəkətlər yolverilməzdir. Belə çətin vaxtlarda AB daxilində bütün qərarların əlaqələndirilməsi və uyğunlaşdırılması son dərəcə vacibdir”, – bəyanatda deyilir.

Teqlər: