Noyabrın 19-da “Avro-2024”ün daha bir iştirakçısının adına aydınlıq gəlib.
AzerTimes xəbər verir ki, G qrupunda keçirilən son oyunlardan sonra Serbiya Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Qrupun son matçında Bolqarıstan millisi ilə qarşılaşan Serbiya oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bununla da xallarının sayını 14 çatdıran Serbiya üçüncü yerdə qərarlaşan Monteneqro (11 xal) üçün əlçatmaz olub. Sonuncular isə səfərdə qrupun lideri Macarıstana məğlub olublar – 1:3.
Beləliklə, G qrupundan Macarıstan və Serbiya Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanıblar.