Avro-2024: Millimizin heyəti açıqlandı

Avro-2024: Millimizin heyəti açıqlandı

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AzerTimes xəbər verir ki, baş məşqçi Canni De Byazi 26 oyunçuya dəvət göndərib.

Siyahı aşağıdakı kimidir:

Şahrudin Məhəmmədəliyev – “Adana Demirspor” (Türkiyə), Səlahət Ağayev – “Səbail”, Rəşad Əzizli – “Qəbələ”, Aleksey İsayev – “Sabah”, Rüstəm Əhmədzadə – “Zirə”, Anton Krivotsyuk – “Daejon Hana” (Cənubi Koreya), Nəriman Axundzadə – “Qarabağ”, Bəxtiyar Həsənalızadə – “Tuzlaspor” (Türkiyə), Coşqun Diniyev – “Umraniyespor” (Türkiyə), Eddi İsrafilov – “Neftçi”, Elvin Camalov – “Sabah”, Elvin Cəfərquliyev – “Qarabağ”, Emil Səfərov – “Qəbələ”, Emin Mahmudov – “Neftçi”, Filip Ozobiç – “Neftçi”, Höccət Haqqverdi – “Neftçi”, Mahir Emreli – “Dinamo” (Zaqreb, Xorvatiya), Musa Qurbanlı – “Yurqorden” (İsveç), Ozan Can Kökçü – “Eyndhoven” (Niderland), Qismət Alıyev – “Zirə”, Rahil Məmmədov – “Qarabağ”, Ramil Şeydayev – “Buriram Yunayted” (Tailand), Renat Dadaşov – “Hatayspor” (Türkiyə), Cəlal Hüseynov – Arda (Bolqarıstan), Toral Bayramov – “Qarabağ”, Yusif Nəbiyev – “Səbail”.

Teqlər: