Avro-2024: Bu ölkələr finala vəsiqəni təmin edə bilər

Avro-2024: Bu ölkələr finala vəsiqəni təmin edə bilər

Bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti görüşlərə start veriləcək.

AzerTimes xəbər verir ki, ilk gündə 9 qarşılaşma baş tutacaq.

Slovakiya yığması da bu gün vəsiqəni təmin edə bilər. İslandiya ilə görüşdə əldə olunacaq 1 xal meydan sahiblərinə kifayət edəcək.

Monteneqro isə Litva ilə matçda büdrəsə, şanslarını itirəcək və bu, Serbiyanın ən azı ikinci yerin sahibi kimi Avro-2024-də iştirakına zəmin yaradacaq.

Avro-2024, seçmə mərhələ

A qrupu

21:00. Kipr – İspaniya

21:00. Gürcüstan – Şotlandiya

Xal durumu: İspaniya – 15 (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7).

F qrupu

21:00. Azərbaycan – İsveç

21:00. Estoniya – Avstriya

Xal durumu: Belçika – 17 (7), Avstriya – 16 (7), İsveç – 7 (6), Azərbaycan – 4 (6), Estoniya – 1 (6).

G qrupu

21:00. Bolqarıstan – Macarıstan

23:45. Monteneqro – Litva

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6).

J qrupu

23:45. Lixtenşteyn – Portuqaliya

23:45. Lüksemburq – Bosniya və Herseqovina

23:45. Slovakiya – İslandiya

Xal durumu: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya – 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8).

Teqlər: