İyunun 29-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İsveç-Ukrayna oyunu baş tutub.
AzerTimes-ın məlumaıtna görə, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda Ukrayna millisi hesabda önə keçərək qalib gəlib – 2:1.
Oyunda qolları A.Zinçenko (27-ci dəqiqə), E.Forsberq (43-cü dəqiqə) və A.Dovbik (120+1-ci dəqiqə) vurublar.
Beləliklə, Ykrayna 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsində Ukrayna yığması İngiltərə millisi ilə qarşılaşacaq. Oyun iyulun 3-ü Romada keçiriləcək.