AVRO-2020: Türkiyə-İsveçrə oyununda hesab açıldı

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-İsveçrə oyununda hesab açıldı.

AzerTimes-ın məlumatına görə, qolu İsveçrə millisinin oyunçusu Haris Seferoviç 6-ci dəqiqədə vurub.

Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Teqlər: