Xəbər - Trend:
Portuqaliya yığması Avropa futbol Çempionatının qrup mərhələsinin ilk turunda Macarıstan komandasını 3:0 hesabı ilə məğlub edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, görüş Budapeştin “Ferens Puşkaş” stadionunda keçirilib.
Qolları Rafael Gerreyro (84-cü dəqiqə) və Kriştianu Ronaldo (86, penaltidən; 90 + 2) vurublar. Ronaldo tarixdə beş Avropa çempionatında yarışan ilk oyunçu olub. Portuqaliyalı Avropa çempionatında 11 qol vuraraq fransız Mişel Platininin turnir tarixində ən çox qol vurma rekordunu (9) yeniləyib.