Futbol üzrə İtaliya milli komandası Avropa çempionatının açılış oyununda Türkiyə yığmasını məğlub edib.
AzerTimes-ın məlumatına görə, Romanın Olimpiya stadionunda keçirilən oyun 3:0 hesabı ilə başa çatıb.
Qolları Merih Demiral (53-cü dəqiqə, avtoqol), Çiro İmmobile (66) və Lorentso İnsinye (79) vurublar.
Avropa çempionatı tarixində ilk dəfə turnirdəki ilk qol öz qapısına vuruldu.