Avro-2020: İsveçrə yığması Fransanı penalti seriyasında məğlub edərək dörddəbir finala yüksəlib

İsveçrə millisinin futbolçuları Avropa Çempionatının dörddəbir finala vəsiqə qazanıb.

AzerTimes-ın məlumatına görə, İsveçrəlilər 1/8 finalda Fransa komandasından olan rəqiblərini məğlub edib.

Buxarestdə baş tutan görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatdı, əlavə vaxtda qalib müəyyənləşməyıb. Penalti seriyasında İsveçrəlilər müvəfəqiyyətli olub (5:4).


İsveçrə komandasının heyətində qolları Haris Seferoviç (15-ci və 81-ci dəqiqə), Mario Qavranoviç (90) vurublar. Fransa yığmasından qolları Karim Benzema (57-ci və 59-cu dəqiqə), Pol Qoqba (75) vurublar.

Teqlər: