İyulun 3-ü futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərə-Ukrayna oyunu baş tutub.
AzerTimes-ın məlumaıtna görə, oyun İngiltərənin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları H.Keyn (4-cü və 50-ci dəqiqələr), H.Maquayr (46-cı dəqiqə) və C.Henderson (63-cü dəqiqə) vurublar.
Beləliklə, İngiltərə yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal mərhələsində İngiltərə Danimarka ilə qarşılaşacaq. Oyun iyulun 7-si baş tutacaq.